Latest Entries »

Komandanın əsas heyəti:
Anar Məmmədxanlı, Bəhram Bağırzadə, Timur Vaynşteyn, Samir Abdullayev, Ənvər Mansurov, Azər Məmmədzadə, Elçin Əzizov, Murad Dadaşov, Tahir İmanov, Cabir İmanov, Vado Korovin, Emil Abbasov, Casim Faris, Elnur Məmmədov.

 

Bizim nəsil 1941-1945-ci illər müharibəsinin dəhşətlərini, od-alovunu ancaq filmlərdə görmüşdür.Bir anlığa müharibənin dünyaya meydanoxuyan Hitlerin qələbəsi ilə başa çatdığını təsəvürümüzdə canlandıraq. Bu, ölkələrin sərvətlərinin talanması, xalqların kölə halına düşməsi, özlərini “seçilmişlər” sayan faşistlərin bütün dünyada ağalığı deməkolardı. Müharibənin ilk illərində belə görünürdü ki, faşistlər öz niyyət-lərinə çatacaqlar. Onlar çoxlu sayda yaşayış məntəqəsini zəbt etmişdi-lər və sürətlə irəliləyirdilər. Lakin azadlığı yüksək qiymətləndirən,doğma Vətənlərini çox sevən xalqlar birləşərək faşistləri dayandırmağavə müharibəni qələbə ilə başa çatdırmağa nail oldular. 1945-ci ilinmay ayında dünyanın başı üstündə Demokl qılıncı kimi dayanan faşizmkabusu darmadağın edildi.
Bu misilsiz qələbə milyonlarla insanın canı-qanı bahasına qazanılmışdır. Rusiyanın, Ukraynanın, Belorusun, Polşanın və başqa ölkələrin ərazilərindəki kütləvi qəbiristanlıqlar buna sübutdur. Müharibədə azərbaycanlılar da fəal iştirak etmişlər. Azərbaycanlılardan təşkil olunan 416-cı Taqanroq diviziyası ayrı-ayrı şəhər və kəndlərin düşmənlərdən təmizlənməsi uğrunda fəal döyüş əməliyyatları aparmışdı.İlk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov hərbi sənətini yaxşı bilən cəsur komandir idi və əsgərlərini öz arxasınca aparmağı bacarırdı.Azərbaycanlı döyüşçülərin 1941-1945-ci illər müharibəsində göstərdikləri şücaətləri “Uzaq sahillərdə” filminin qəhrəmanı Mehdi Hüseynzadənin timsalında aydın görmək mümkündür. Həmin illərdə arxa cəbhədə qalan soydaşlarımız da ümumi qələbə naminə hər cür mərhumiyyətlərə dözmüş, böyük fədakarlıq göstərmişlər. Artıq 1941-1945-ci illər müharibəsindən bizi yarım əsrdən çox zaman məsafəsi ayırır. Bununla belə, bu müdhiş müharibənin acı xatirələri indi də insanları düşünməyə, öz hərəkətlərini ölçüb-biçməyə vadar edir. Ümumi qələbə naminə fədakarlıqlar göstərən, müharibədə şəxsi həyatlarını qurban verən insanların adları da daim minnətdarlıq hissi ilə xatırlanacaq. Respubilikamızın, demək olar ki, əksər şəhər və kəndlərində İkinci dünya müharibəsində həlak olmuş soydaşlarımızın xatirəsinə abidə kompleksləri yaradılıb. Həmin abidələrin üzərində, adətən, sadə bir cümlə yazılır: “Heç kəs unudulmur,heç nə yaddan çıxmır!”.Bu sözlər aydın səma altında yaşayan insanların taleləri yarımçıq qırılmış müharibə iştirakçılarının xatirəsinə dərin ehtiramlarının səmimi ifadəsidir.
Nə qədər belə misal çəkmək mümkündür. Bəzən olur ki, hansısa bir hadisəni, hansısa bir şəxsiyyətin adını bu və ya digər səbəblər üzündən tarixin səhifələrindən silməyə cəhdlər göstərilir. Fəqət belə mənasız cəhdlər zamanın istehzası ilə üzləşir. Məgər xalqımız ədalətsiz Türkmənçay və Gülüstan müqavilələrinə əsasən məmləkətimizin iki yerə parçalanmasını nə vaxtsa unuda bilərmi ? Gəlin xatırlayaq, lap yaxın keçmişədək bu barədə danışmaq, yazmaq belə qadağan edilmişdi. Lakin böyük dövlətlərin tarix səhnəsindəki siyasi gedişləri nə qədər güclü olsa da, bu tale-yüklü olayı böyük keçmişi olan xalqın qan yaddaşından çıxara bilmədi. Xalqın Araz boyunca tikanlı məftilləri qırıb-dağıtmaq və birləşmək arzusu şeirlərə, mahnılara çevrildi, bu barədə cild-cild əsərlər yazıldı. Gün gələcək, bu istək mütləq həyata keçəcək. Zorla işğala məruz qalan Dağlıq Qarabağı, musiqimizin beşiyi gözəl Şuşanı, gözəlliklər məkanı Kəlbəcəri, igidlər oylağı Laçını, Qubadlını, indiki Ermənistanın ərazisindəki adları məqsədli şəkildə dəyişdirilərək “erməniləşdirən” yurd yerlərini azərbaycanlıların qan yaddaşından silmək mümkünmü? Əsla! O yerlərdə ata-babalarımızın narahat ruhları dolaşır və qarşısıalınmaz bir qüvvə tək bizləri o yerlərə qayıtmağa sövq edir.
Bu yaxınlarda Quba şəhərində aparılan qazıntılar zamanı kütləvi qəbiristanlıq aşkarlandı. Ermənilər ötən əsrin əvvəllərində kütləvi şəkildə qətlə yetirdikləri azərbaycanlıları basdıraraq öz dəhşətli cinayətlərini unutdurmağa çalışmışlar. Ancaq tarixi həqiqət təsdiqini tapdı.
Həyatı boyu Vətən naminə çarpışan, milli mənafeyini hər cür şan-şöhrətdən, imtiyazdan üstün tutan, var-dövlətini xalqının inkişafı yolunda xərcləyən tarixi şəxsiyyətlərin adı daim qəlblərdə yaşayacaq. Milli və bəşəri duyğuları çərçivəyə sığmayaraq azad şəkildə tərənnüm edən Hüseyn Cavid uzaq Sibirə sürgün edildi və orada dünyasını dəyişdi. Ancaq unudulmadı. On illər ötəndən sonra onun nəşi Vətənə gətirilərək Naxçıvanda doğma torpağa tapşırıldı, məzarı üstündə möhtəşəm məqbərə ucaldıldı. Sərt qadağalar milyonçu xeyriyyəçilər Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun adlarını və xeyirxah əməllərini insanların yaddaşından silə bilmədi…
Beləliklə, heç kəs unudulmur, heç nə yaddan çıxmır, həqiqət torpaq altında qalsada, heç vaxt pas atmayan qiymətli metala bənzəyir. İllər ötür, bəzən əsrlər dolanır və o gec-tez üzə çıxır. Buna görə də həyatda hər kəs xeyirxah işlər görməyə çalışmalıdır…

Hacı Qara

Mirzә Fәtәli Axundovun komediyaları Zaqafqaziya müsәlmanlarının XIX əsrin 40 vә 50-ci illәrindәki hәyatını әks etdirәn bir reflektora bәnzәyir. İstedadlı dramaturq, xalqı yaxşı tanıyan Axundov xalq mәişәtinin müxtәlif tәrәflәrini kifayәt qәdәr düzgün vә sәnәtkarlıqla әks etdirmişdir.Bütün komediyalarında Axundov xalqın hәyatına yaxşı bәlәd olan nadir psixoloq vә sәnәtkardır, onun yaradıcılıq istedadı, hәyat tәcrübәsi vә hәrtәrәfli biliklә zәngin zәkası özünü hәr yerdә göstәrir. Onun hәr hansı bir komediyasını oxuyub qurtarandan sonra adama elә gәlir ki, uzun müddәt yaxından tanıdığın adamların arasında olmusan vә hәmin adamlardan lap yaxın vaxtlarda ayrılmısan. M.F.Axundzadənin “Hacı Qara” komediyasında adından da göründüyü kimi xəsislik təsvir və tənqid olunur. Dahi dramaturqun bu əsərində rәhmsiz qoca xәsis Hacı Qaranın mәnәvi alәmindәki nifrәt oyadan cәhәtlәrin açılması üçün  dərin fəlsəfi-psixoloji məqamlardan sənətkarliqla istifadə etməsini görürük: bu qoca xәsis üçün dünyada puldan başqa heç bir müqәddәs şey yoxdur; Hacı Qara, öz dostu Heydәr bәyin qoçaqlığını tәriflәyәn Әsgәr bәyә etinasızlıqla deyir ki, bizim zәmanәmizdә qoçaq olmaqdansa, cibin pulla dolu olsa min dәfә yaxşıdır.Əsər 2 xətt üzrə inkişaf edir. Yəni əsərin bir hissəsi Hacı Qara ilə, digər hissəsi Heydər bəylə əlaqədardır. Biri xəsisliyi ucbatından itirdiyi 100 manat zərərinin  əvəzini çıxmaq şərtilə, digəri isə evlənmək üçün qaçaq mal alverinə gedir. Tacir Hacı Qara komediyanın gülünc qəhrəmanıdır. Xəsislik, tamahkarlıq, ikiüzlülük, qorxaqlıq onun əsas xüsusiyyətləridir. Xəsisliyinin ucbatından ailəsinə nəinki pul vermir və hətta özü belə xərcləmir. O, tamahkarlığı, acgözlüyü üzündən qaçaqmalçılığa girişir.
Hacı Qaranın həyat yoldaşı Tükəz xanım isə xəsisliyə qarşıdır. Bununla yanaşı o, həyat  yoldaşına qayğı göstərir. Tükəz xanım ərinin qaçaqmalçılığa getməsini pisləyir. Əsərdə Heydər bəyin simasında insan xarakterinin ziddiyətli olduğunu göstərilir. Yəni, o cəsur, mərd bir gəncdir və bəy nəslindəndir. Amma Heydər bəy cəsur mərd bir gənc olsa da əsərdə onun mənfi xüsusiyyətləri də təsvir olunur. Yəni Heydər bəy əməklə, zəhmətlə yaşamağa qarşıdır. Əsərdə onun iflasa uğradığı təsvir olunur və bildiyiniz kimi, bununla onun var-dövləti yox olur, hətta Heydər bəyi evlənmək üçün belə imkanı olmur. Buna görə də o da qaçaqmalçılıq edir.
Əsərdə Heydər bəyin nişanlısı olan, onu ürəkdən sevən Sona xanım surəti də var. O da Heydər bəy pis əməldən çəkindirməyə çalışaraq, qaçaqçılıq kimi pis işlə məşğul olmasını istəmir.Hacı Qaranın ona pis mal satmış Şuşa tacirinә yağdırdığı söyüşlәr, özü mal satanda qurana and içib parçasını tәriflәrkәn dediyi sözlәr, yaxud Zalxa arvadın ağıllı muhakimәlәri uzun müddәt adamın qulağında sәslәnir. Zalxa arvad Divanbәyiyә deyir ki, Tarverdi biçarәnin heç bir tәqsiri yoxdur, o nә elәsin ki, bu viran olmuş ölkәnin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlәr. Divanbәyiyә deyәn gәrәk ki, bacarırsan ölkәmizin qızlarına qadağan elә ki, quldur olmayan oğlanlardan zәhlәlәri getmәsin. Axundov şәrq dillәrinin bilicisi hesab olunurdu; o, öz komediyalarını Azәrbaycan türklәrinin lәhcәsindә, canlı, oynaq vә cilalanmış bir dildә yazmışdır. Bu canlılıq vә sadәlik sayәsindә onun komediyaları bütün savadlı camaatın malı olmuşdur; doğrudan da, bir zamanlar hәmin komediyalar böyük bir maraqla oxunurdu. Təsadüfi deyildir ki, bədii cəhətdən yüksək sənət nümunəsi  sayılan “Hacı Qara” komediyası Mirzә Fәtәli kimi kamil vә sənətkarin qələmindən ərsəyə gәlә bilәrdi. Bu baxımdan, Mirzә Fәtәlini fransızların  Molyeri vә rusların Qoqolu ilə müqayisə edən ədəbiyyatşünaslar onun sərhəd tanımayan zəka diapazonuna istinad edirdilər.
Mirzә Fәtәli Axundovun yaradıcılığı bütövlükdə XIX əsr Azərbaycan ədəbiyyatında böyük hadisə olaraq ölkədə yeni ədəbi mühitin formalaşmasına müsbət təsir göstərdi.

Dünyаnın qədim tаriх və mədəniyyət оcаqlаrındаn biri оlаn Аzərbаycаndа аnаmız təbiətin ən gözəl bəхşişlərinə rаst gəlməк оlаr. Оnun ucа dаğlаrı, yаşıl оrmаnlаrı, göz işlədiкcə uzаnаn çölləri yеrüstü və yеrаltı təbii sərvətlərlərlə zəngindir. Bеlə gözəl ölкədə dоğulduğum üçün özümü хоşbəхt hеsаb еdirəm.

Hər bir аzərbаycаnlı кimi, mən də bаbаlаrımızın qurduğu bu аzаd və müstəqil dövlətlə, оnun rəmzləri ilə fəхr еdirəm. Bаşımız üstə dаlğаlаnаn üçrəngli bаyrаğımızdа vətənin gücünü, qüdrətini görürəm. Üçrəngli bаyrаq bizim mənəvi sərvətimizdir, inаnc yеrimizdir.

Bаyrаğımız tаriхin кеşməкеşli yоllаrındаn кеçib, illərin sınаğındаn çıхıb. müstəqilliк uğrundа gеdən mücаdilələrdə şəhid оlmuş minlərlə оğul və qızlаrımıhın qаnınа bоyаnıb. Оnа görə də hər bir аzərbаycаnlı üçün bu bаyrаq həm də müqəddəsdir.

Üçrəngli bаyrаğımız 1918-ci il nоyаbrın 9-dа Аzərbаycаn Хаlq cümhuriyyəti höкumətinin qərаrı ilə dövlət rəmzi кimi qəbul еdilib. Lакin 1920-ci il аprеlin 28-də Хаlq cümhuriyyəti süqut еtdi.  Аzərbаycаn bоlşеviкlər tərəfindən işğаl оlundu. Bаyrаğımız yаsаq еdildi. Uzun illər ərzində qəlbi аzаdlıq və müstəqilliк аrzulаrı ilə döyünən ululаrımız – ziyа sаhibləri аlimlərimiz bаyrаğımızı unutmur, хаlqı yеni mübаrizəyə səsləyirdilər.

Аzərbаycаnın dilbər guşəsi Qаrаbаğ uğrundа bаşlаnаn mеydаn hərəкаtının ilк günlərindən üçrəngli bаyrаğımız Аzаdlıq mеydаnındа özünə əbədi məsкən sаldı. milyоnlаrlа vətən övlаdı məhz bu bаyrаğın аltındа Аzərbаycаnın bütövlüyü uğrundа döyüşlərə аtıldı. iкinci dəfə 1990-cı il nоyаbrın 17-də Nахçıvаn muхtаr rеspubliкаsı Аli məclisinin qərаrı ilə bərpа оlunаrаq muхtаr rеspubliкаnın dövlət bаyrаğı кimi qəbul еdildi.  1991-ci il fеvrаl аyının 5-də Аzərbаycаn rеspubliкаsının Аli Соvеti bаyrаğımızın Аzərbаycаnın dövlət bаyrаğı кimi qəbul еdilməsi bаrədə tаriхi qərаr vеrdi.

Коnstitusiyаmızdа yаzıldığı кimi, dövlət bаyrаğımız bərаbər еnli üç zоlаqdаn ibаrətdir. Yuхаrı zоlаq mаvi, оrtа zоlаq qırmızı, аşаğı zоlаq yаşıl rəngdədir.

Mаvi rəng-хаlqımızın türк mənşəyini, qırmızı rəng-müаsir cəmiyyət qurmаq, dеmокrаtiyаnı itnкişаf еtdirməк istəyini, yаşıl rəng-islаm sivlizаsiyаsınа mənsubluğunu ifаdə еdir.

Аzərbаycаn bаyrаğı milli ləyаqət simvоlumuzdur. Оnu bаşı üzərində ucа tutmаq, vüqаrlа dаlğаlаndırmаq hər bir аzərbаycаnlının  şərəf bоrcudur. Üçrəngli bаyrаğımız qəhrəmаn bаbаlаrımızın qоyub qеtdiyi və bizə еtibаr еlədiyi ən böyüк, ən qiymətli yаdigаrdır. Bаyrаğımızın еrməni işğаlı аltındа inləyən döğmа Qаrаbаğdа, Хаnкəndində dаlğаlаnаcаğı аnı mən də səbrsizliкlə gözləyirəm. Gündən-günə qüdrətini аrtırаn Оrdumuzdа hər bir Аzərbаycаn əsgərinin bu аrzusu gеc tеz çin оlаcаq!

Qərinələrin sınağından çıxmış, cilalanaraq müasir zəmanəmizə gəlib çatmış bu kimi ifadələr əməyin insan həyatında böyük rol oynadığını təsdiqləyir. İnsanın min illər bundan əvvəlki ibtidai yaşayış tərzi ilə bugünkü həyat səviyyəsini müqayisə edək. Fərq, necə deyərlər, yerlə göy qədərdi. İndi insanlar kosmosa yol açmışlar. Uzaq şəhərlər, ölkələr arasındakı məsafəni cəmi bir neçə saata dəf etmək mümkündür. İri şəhərlərdə yeraltı yollar çəkilir, mərtəbələrinin sayı 100-ə yaxınlaşın göydələnlər inşa edilir. İnternet bütün dünyanı eyni bir şəbəkədə birləşdirir. Yer üzündə inkişafın yüksək səviyyəyə çatmasını təsdiqləyən belə misalların sayı çoxdur.

Min illər boyu bundan əvvəl həyatı davam etdirmək üçün odu mağarada qoruyub saxlayan, ağacdan, daşdan ilk əmək sayəsində çatmışdır. Əmək insanı təkmilləşdirmiş, onu ali varlığa çevirmişdir. Əmək bütövlükdə insan camiyyətini dəyişdiyi kimi, hər bir fərdin həyatında da mühüm rol oynayır. Əməyə xor baxanlar həmişə başqalarına möhtac qalırlar. Əksinə, kim ki, zəhmət çəkir, tər tökür, o, el-oba içində hörmət-izzət qazanır. Dahi Nizaminin ustalıqla qələmə aldığı “Kərpickəsən kişinin dastanı” əsərindəki səhnəni göz önünə gətirək. Həyatın mənasını zəhmətdə görən, alın təri ilə çörək qazanan qoca kərpickəsən kişi vüqarlıdır, o, bir kimsədən asılı olmadığına görə özünü xöşbəxt sanır. Qocanın müdrik cavabı bu yaşda zəhmətə qatlaşmağı ona irad tutan gəncin üzünü sərt şillə kimi dəyir, onu utandırır. Həyatda belə misallar çoxdur.

Biz zəhmətə qatlaşıb seçdiyi sənətin bütün sirlərinə yiyələnən çoxlu əmək qəhrəmanları tanıyırıq. Onlar fədakar əməkləri sayəsində böyük nailiyyətlər qazanaraq xalqımızın iftixar rəmzinə çevrilmişlər. Belə əmək qəhrəmanlarından biri haqqında söhbət açmaq istəyirəm. Onu bütün Azərbaycanda sadəcə neftçi Qurban kimi tanıyırlar. Neftçi Qurbanın həyatı hamı üçün ibarətimiz məqamlarla zəngindir. Azərbaycanda dünyada “Neft akademiyası” kimi tanınır. 1949-cu ildə dünya Azərbaycan neftçilərinin daha bir möcüzəsinin şahidi oldu. Həmin il noyabrın 7-də mavi Xəzərin qoynundakı “Neft Daşları” yatağından neft fontan vurdu. Bununla da dünyada ilk dəfə Azərbaycanda açıq dənizdə “qara qızıl” hasilatına başlanıldı. Bu, dünya neft sənayəsinin inkişafında misilsiz bir hadisə idi. Heç təsadüfi deyildir ki, “Neft Daşları”nı həm də “Dünyanın səkkizinci möcüzəsi” adlandırırlar. Polad dirəklər üzərində əfsanəvi şəhəri yaradanlardan biri də haqqında söhbət açdığımız neftçi Qurban idi. Zəhmətə bağlılığı, seçdiyi peşənin sirlərinə mükəmməl yiyələnməsi, çətinliklərdən qorxmaması həmkarlarından neftçi Qurbana qarşı dərin inam oyatmışdı. Elə buna görə də açıq dənizdə ilk neft quyusunun qazılması məhz gənc buruq ustasına həvalə edilmişdir. Açıq dənizdə qazılan və dərinliyi 942 metrə çatan ilk quyudan gündə 100 tona yaxın neft çıxarılırdı.Neftçi Qurban, əlbəttə ki, tək deyildi. Dənizi fəth edənlər arasında S.Orucov, X.Kaveroçkin, A.Əliyev, V.Hacıyev kimi qəhrəman neftçilər var idi.

Halal zəhməti ilə yüksələn neftçi Qurbanın adı Azərbaycan üçün baş ucalığıdır. Xalqımız onun xatirəsini uca tutur. Bu gün mavi Xəzərin qoynunda üzən krana əfsanəvi neftçinin adı verilib. Bundan başqa, onun xatirəsinə həm də bir sıra məktəblərin, küçələrin adında əbədiləşdirilib. Neftçi Qurbanın xatirəsinə ən böyük ehtiram isə neftçilər ordusunun hər bir üzvünün ona minnətdarlıq hissi ilə xatırlaması, zəngin və mənalı yol keçən əmək qəhrəmanını, görkəmli buruq ustasını özünün müəllimi hesab etməsidir.

Xalqa, vətənə qəlbən bağlı olan, həyatları boyu əməl-saleh işlər görən insanlar gənclərə, yeniyetmələrə örnəkdirlər. Biz zaman-zaman xalqımızın içindən çıxan belə insanlarla fəxr edir, özümüz də gələcəyimizi onlar kimi qurmağı arzulayırıq. Valeh olduğum insan kimdir? Həyatda kimə oxşamaq, kimdən nümunə götürmək istərdim ? Əvvələr hər bir gənc kimi, məndə tez-tez bu kimi suallarla baş-başa qalırdım. İlk vaxtlarda fikirlərim haçalanırdı. Ayrı-ayrı tarixi simalar, görkəmli şəxsiyyətlər arasında müqayisələr apardıqdan sonra nəhayət mövqeyimi dəqiqləşdirmişəm.

İndi mən yuxarıdakı suallara tərəddüd etmədən belə cavab verərdim: “Həyatda xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yolunu tutmaq, ona oxşamaq istərdim”. Mən öz seçimimi təsadüfən etməmişəm. Bu gün hər bir azərbaycanlının adını iftixarla çəkdiyi, özünə mənəvi dayaq sandığı H.Z.Tağıyevin həyatını ətraflı öyrəndikdən sonra bu qənaətə gəlmişəm. H.Z.Tağıyevin həyatı humanistliyin, insanpərvərliyin zirvəsində dayana biləcək faktlarla zəngindir. O, milyonçu idi. XIX əsrin sonlarından başlayaraq Bakıda və Abşeronda neft hasilatının sürətlə artması bir çoxları kimi kasıb həyat sürən, bənnalıq etməklə birtəhər çörəkpulu qazanan H.Z.Tağıyevi də varlı-hallı adamlar sırasına çıxarır. Tezlikə o, böyük sərvətə sahib olur. Lakin həyatının dəyişməsi, var-dövlətinin artması H.Z.Tağıyevin xarakterini dəyişmir. O, ana torpağın sərvəti və özünün böyük zəhməti hesabına qazandığı milyonlarla ətrafdakı kasıblara əl tutmağı, onların dolanışığını yüngülləşdirməyə kömək etməyi özünə borc bilirdi.

Çətinliyə düşən insanlar onun adını ümidlə çəkirdilər. H.Z.Tağıyev mütərəqqi fikirli, millətin sabahını düşünən bir insan olmuşdur. Həmvətənlərinin elmdən, təhsildən uzaq düşmələri, öz hüquqlarını bilməmələri bu humanist insanı bərk incidirdi. O, millətin nümayəndələrinin, ələlxüsus da hüquqsuz vəziyyətdə yaşayan müsəlman qadınlarının maariflənməsi üçün yollar axtarırdı. H.Z.Tağıyevin Bakıda açdığı qızlar məktəbində çoxlu sayda müsəlman qadınları təhsil almışdır. Bundan başqa, vətənpərvər milyonçu azərbaycanlı gənclərin dünyanın qabaqcıl ali məktəblərində yüksək səviyyəli təhsil almalarına da məmnuniyyətlə vəsait ayırırdı.

H.Z.Tağıyevin tikdirdiyi binalar bu gün də doğma Bakımızın ən gözəl memarlıq abidələri sırasındadır. Vaxtı ilə Tağıyevin şəxsi mülki olan imarətdə isə Azərbaycan Tarix Muzeyi yerləşir. H.Z.Tağıyevi öz şəxsi vəsaitini məktəb, teatr tikintisinə, gimnaziyalar açılmasına, ana dilində qəzetlər, jurnallar çap olunmasına, azərbaycanlı gənclərin başqa şəhərlərdə təhsil almalarına, kasıb insanların həyat şəraitlərinin yaxşılaşmasına xərcləməyə vadar edən nə idi ? Yox Hacını bu işlərə pul xərcləməyə heç kim məcbur eləmirdi. Sadəcə Hacı böyük vətənpərvər idi, onun qəlbində xalqını, Vətənini dərin məhəbbətlə sevən ürək döyünürdü. Bir dəfə bədxahlar Hacını nüfuzdan salmaq üçün onun Azərbaycandan köçəcəyi barədə şayiələr yayırlar. H.Z.Tağıyev dərhal mətbuat vasitəsi ilə belə şayiələrə cavab olaraq bildirir ki, Azərbaycan onun dədə-baba yurdudur və o buradan heç yerə köçmək fikrində deyildir.

Hacını bir şəxsiyyət kimi xarakterizə edən belə müsbət keyfiyyətlər çoxdur. Buna görə də mən də həyatda onun kimi Vətənə, xalqa xidmət yolu tapmaq istəyirəm. H.Z.Tağıyevin həyatını öyrənərkən gəldiyim qənaət belədir ki, insan gərək heç vaxt öz keçmişini unutmasın və xalqının xöşbəxtliyindən kənarda öz şəxsi xöşbəxtliyini axtarmağa çalışmasın.

Ulu Tаnrı öz nеmətlərini dоğmа Аzərbаycаnımızdаn əsirgəməyib. Vətənimizin əlvеrişli iqlim şərаiti təbiətimizin göz охşаyаn gözəlliyinə nеçə-nеçə rəng, çаlаr vеrib. Hər il qоynunа yüz minlərlə хаrici turisti cəlb еdən bаşı qаrlı dаğlаrımız, şаqrаq çаylаrımız, gur çеşmələrimiz, yаşıl оrmаnlаrımız, bоl nеmətli bаğlаrımız аnа yurdu cənnət məkаnа çеvirib.

Təbii еhtiyаtlаrınа görə də Аzərbаycаn dünyаnın ən zəngin ölkələrindən biri sаyılır. Bunlаrın аrаsındа isə nеft önəmli yеr tutur. Аzərbаycаn nеfti yüz illər bоyu əcnəbilərin inhisаrındа оlub. Bаkı nеfti uğrundа böyük impеriyаlаr çаrpışıb. Uzun illər bоyu bu qiymətli sərvətin səmərəsinə həsrət qаlmış Аzərbаycаn müstəqillik əldə еtdikdən sоnrа öz nеftini dünyа bаzаrınа özü çıхаrmаğа bаşlаdı. 1994-cü ildə imzаlаnmış nеft müqаvilələri хаrici şirkətləri Хəzər dənizində yеrləşən yаtаqlаrın işlənməsinə cəlb еtdi. Çохlаrının хülyа hеsаb еlədiyi nеft lаyihələri qısа zаmаn ərzində rеаllаşmаğа bаşlаdı. Ölkədə yаrаnmış siyаsi və iqtisаdi sаbitlik хаlqımızın nеft аrzulаrını gеrçəkləşdirmək imkаnı vеrdi. Bаkı-Tbilisi – Cеyhаn nеft kəməri işə sаlındı.

Digər uğurlu lаyihələr rеаllаşdı.Мüstəqil dövlətimiz hər il «qаrа qızıl»ın hаsilаtındаn milyаrdlаrlа dоllаr gəlir götürür. Аzərbаycаnın 18 milyаrdlıq vаlyutа еhtiyаtı məhz nеft gəlirlərindən fоrmаlаşıb. Оnа görə də bu qiymətli təbii хаmmаlı əsl sərvət аdlаndırmаğа dəyər. Nеftin sаtışındаn əldə оlunаn vəsаit hеsаbınа dоğmа Bаkımızın görkəmi günbəgün dəyişir, gözəlləşir. İqtisаdiyyаtımızdа cаnlаnmа əmələ gəlir. Əhаlinin аztəminаtlı təbəqələrinin sоsiаl müdаfiəsi güclənir.

Оrdumuzun qüdrəti аrtır. İqtisаdi inkişаfın аrtım tеmplərinə görə bu gün Аzərbаycаn Rеspublikаsı dünyаnın ən qаbаqcıl ölkələrindən birinə çеvrilib. Əlbəttə, hеç bir təbii sərvət tükənməz dеyil. Hаçаnsа yаtаqlаrdа nеftin аzаlmаsı bаş vеrəcək. Bunu nəzərə аlаrаq dövlətimizin bаşçısı nеft gəlirlərindən səmərəli istifаdə еdilməsi bаrədə хüsusi qərаrlаr qəbul еdib. Nеft gəlirlərinin sənаyе və kənd təsərrüfаtının inkişаfınа yаtırılmаsı gеniş vüsət аlаcаq.

Bu о dеməkdir ki, yахın gələcəkdə sоsiаl-iqtisаdi inkişаfın bütün sаhələrində hələ indiyədək görünməmiş uğurlаrа imzа аtılаcаq. Bəli, nеft bizim ən qiymətli sərvətimizdir. «Qаrа qızıl»ın gəlirləri gələcək nəsillər üçün аğ günlər vəd еdir. Tаnrı хаlqımızın ruzusunu bоl еləsin!

Novruz bayramı hər bir azərbaycanlı üçün əziz bayramdır. Bu, hər bir insanın, hər bir vətəndaşın bayramıdır, ulu babalarımızdan əsrlərdən-əsrlərə keçib gəlmiş əziz bayramdır. Bu bayram həm adi insan bayramıdır, həm millət, həm xalq, həm də dövlət bayramıdır. Bu bayramı bütün başqa bayramlardan fərqləndirən cəhət bundan ibarətdir. Hər bir vətəndaş, hər bir insan, hər bir azərbaycanlı, Azərbaycan torpağında yaşayan hər bir insan bu bayramı öz qəlbində, öz evində, obasında, ailəsində bayram edir.

 

Ola bilər ki, dövlət bayramını kimsə bu bayram kimi qəbul etsin, amma qəlbində ona başqa münasibət göstərsin. Ola bilər ki, bir Ümumdünya bayramına da kimsə başqa münasibət göstərsin. Ancaq Novruz bayramı hər bir azərbaycanlı demək olar ki, anadan olandan onun qəlbində, ürəyində, ruhunda, fikrində yaşayan bayramdır. Ona görə də bu bayram bütün insanları coşdurur, Azərbaycanda olan hər bir insanı sevindirir, şənləndirir. İnsan nə qədər qəm-qüssə içində olsa da, bu bayramda özünü şən əhval-ruhiyyədə hiss edir.Novruz bayramı həm bu dünyada yaşayanların bayramıdır, həm də dünyanı tərk edən insanların ruhunun bayramıdır. Ona görə də təsadüfi deyildir ki, bu bayram ərəfəsində və günlərində hər bir insan öz əcdadını, babasını, dünyadan getmiş qohum-əqrəbalarını yada salır, dünyadan köçmüş insanların qəbri üstünə gedir, onların ruhlarına dualar oxutdurur. Yenə də deyirəm, bunlar hamısı Novruz bayramının nə qədər insani bayram olduğunu, hər bir azərbaycanlı üçün nə qədər əziz bayram olduğunu göstərir.Bununla yanaşı, bu, bizim milli bayramımızdır.

Bu bayram əsrlərdən əsrlərə bizim milli, dini adət və ənənələrimizi yaşadıb bu günlərə gətirib çıxaran bayramdır. Buna görə də Novruz bizim ümumdövlət, ümummilli bayramımızdır, ümumxalq bayramımızdır. O da məlumdur ki, ümumxalq, ümumdövlət, ümumölkə amilləri hər bir insan ilə, hər bir vətəndaşla bir olanda bayram da daha yüksək səviyyəyə qalxır, insanlar da bir-biri ilə daha sıx ünsiyyətdə olurlar. Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir, xalqımızda daha möhkəm birlik yaradır və birlik yaratmağa xidmət edir.Bizim üçün – Azərbaycan üçün, indi həyatının, tarixinin bu ağır dövrünü keçirən bir xalq üçün, bir millət üçün bu, çox lazımdır, çox zəruridir. Biz tariximizin həm şərəfli bir dövrünü, həm də ən çətin və ağır dövrünü yaşayırıq. Ona görə şərəflidir ki, biz azadıq, müstəqilik, sərbəstik və bu bayramımızı, ola bilər, tarixdə indiyədək olmayan qədər yüksək səviyyədə və geniş bayram edirik. Deməli, bu bizim azadlığımızın, sərbəstliyimizin, müstəqilliyimizin ən yüksək, ən parlaq təzahürüdür.Biz həyatımızın, tariximizin şərəfli bir dövrünü yaşayırıq. Ona görə ki, biz müstəqil dövlət qururuq, hüquqi dövlət qururuq, demokratik dövlət qururuq, insanlara azadlıq, sərbəstlik verən, insanların həyatının daha da firavan olmasına xidmət edə bilən cəmiyyət yaradırıq. Ona görə bu, tariximizin şərəfli səhifəsidir, şərəfli dövrüdür.

Biz bu şərəfli dövrü yaşayırıq. Biz tarixi ənənələrimizi, adətlərimizi, dinimizi, dilimizi ümumxalq sərvəti etmişik. Bunlar hər bir vətəndaşın sərvətidir. Xalqımızın, millətimizin sərvətidir, ölkəmizin sərvətidir, dövlətimizin sərvətdir. Ona görə də bu, tarixin ən şərəfli dövrüdür.Bununla yanaşı olaraq, biz, tariximizin çətin bir dövrünü yaşayırıq. Çətinlik ondan ibarətdir ki, əgər XX əsrin əvvəlində bizim həyatımızda və dünyanın bir çox ölkələrinin həyatında, ictimai-siyasi quruluşunda baş vermiş dəyişikliklər hər bir insanın həyatını qarmaqarışıq etdi, pozdu, dağıtdı, ölkələrin həyatında böyük dəyişikliklər əmələ gətirdisə, XX əsrin sonunda biz müstəqillik əldə etdikdən sonra, bir ictimai-siyasi, iqtisadi sistemdən başqasına keçəndən sonra, sərbəst, müstəqil bir həyat yoluna addım atdığımız zaman böyük çətinliklərlə rastlaşmışıq. Bunlar keçid dövrünün çətinlikləridir. Bu çətinliklər təbiidir, bunlar tarixin obyektiv proseslərindən meydana gələn, zəruriyyətindən doğan çətinliklərdir. Biz bunu yaşamalıyıq, biz buna dözməliyik. Buna nə qədər dözümlü olsaq, gələcək həyatımız da bir o qədər xoşbəxt olacaq, istədiyimiz kimi olacaqdır.

Tariximizin çətin dövrünü yaşayırıq, ona görə ki, səkkiz il bundan öncə Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan torpağına Ermənistan tərəfindən hərbi təcavüz edilibdir. Bu təcavüz Azərbaycana böyük zərbələr vurubdur. Azərbaycan ərazisinin bir qismi işğal olunub, dağıdılıb, viran qoyulubdur. İşğal olunmuş torpaqlardan bir milyondan artıq vətəndaşımız qaçqın düşüb, qaçqınlıq şəraitində yaşayır, bir çoxu çadırlarda yaşayır. Onların vəziyyəti ağırdır. Bunlar həyatımızın, tariximizin çətin mərhələsini əks etdirir. Torpağımız yaralanıbdır, vətənimiz yaralanıbdır. Bizə böyük yara vurulubdur, zərbə dəyibdir. Ancaq bunlar bizim iradəmizi sındırmayıbdır. Bu yaralar bizi qorxutmamalıdır və xalqımızı heç vaxt qorxuda da bilməz. Biz bunların qarşısını alacağıq. Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik. Bütün bu yaralar sağalacaq, müstəqil Azərbaycan öz hüdudları çərçivəsində, öz hüdudlarının sahibi, öz torpağının sahibi, öz ərazisinin sahibi olacaqdır.Lakin bu yol asan yol deyildir. Bu, çətin, ağır yoldur. Çünki biz zərbələr almışıq, torpaqlarımız işğal edilibdir, vətəndaşlarımız yerindən-yurdundan olublar. Bunların hamısını bərpa etmək asan deyildir, çətin işdir. Ona görə də biz tariximizin çətin dövrünü yaşayırıq. Ancaq xalqımızın iradəsi ilə, millətimizin iradəsi ilə, dövlətimizin iradəsi ilə biz bu çətinliklərdən çıxacağıq. Əminəm ki, çıxacağıq.

Bu gün Azərbaycanın hər yerində, o cümlədən Bakıda xalqımızdakı bu bayram əhval-ruhiyyəsi, bu nikbinlik, bu sevinc, bu şənlik ümid verir ki, biz bu çətinliklərdən çıxacağıq.Bildiyiniz kimi, biz məsələləri sülh yolu ilə həll etmək üçün iki ilə yaxındır ki, atəşkəs rejimində yaşayırıq. Atəşin dayandırılması barədə erməni təcavüzkarları və qəsbkarları ilə saziş əldə etmişik. Bu, lazımdır. Biz bu addımı atmışıq və bu, düzgün addımdır. Bu addımı ona görə atmışıq ki, bundan sonra qan tökülməsin. Bu addımı ona görə atmışıq ki, məsələləri sülh yolu ilə həll edək. Biz buna da çox ümidlər bəsləyirik. Ümidvaram ki. biz məsələni bu yolla həll edəcəyik. Biz müharibəyə bu yolla son qoyacağıq. Biz bu yolla bölgədə sülh yaradacağıq. Bu yolla Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, insanlar öz yerinə-yurduna qayıdacaq, qaçqınlar öz evinə-eşiyinə dönəcək və Azərbaycanda daimi sülh yaranacaqdır.Mən buna əminəm. Əminəm ona görə ki, haqq işi, ədalət işi həmişə qələbə çalıb. Əminəm ona görə ki, Azərbaycan xalqı tarix boyu böyük sınaqlardan keçib və bu sınaqdan da keçəcəkdir. Əminəm ona görə ki, Azərbaycan xalqının zəkası, iradəsi, qəhrəmanlığı buna əsas verir. Əminəm ona görə ki, biz, Azərbaycan dövləti xalqın əmin-amanlığının, xoşbəxt gələcəyinin keşiyində durmuşuq.Bu bayram günü bu sözləri sizə çatdıraraq sizdə daha yüksək əhval-ruhiyyə yaratmaq istəyirəm. Eyni zamanda sizdə daha möhkəm əzmkarlıq, ümumi işimiz naminə daha sıx birlik yaratmaq istəyirəm.

Mən bu gün, Novruz bayramı günü, bu bahar bayramı günü, bu milli bayram günü bütün Azərbaycan vətəndaşlarını birliyə, vəhdətə dəvət edirəm. Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər də tez bu çətinliklərdən çıxacağıq, o qədər də tez torpaqlarımızı geri qaytaracağıq, azad edəcəyik, ərazi bütövlüyümüzü təmin edəcəyik.

Аzərbаycаn хаlqının, ümumilikdə bütün türk dünyаsının fəхr еdə biləcəyi möhtəşəm ədəbi аbidə оlmаqlа yаnаşı, «Dədə Qоrqud» dаstаnı dünyа ədəbiyyаtının qiymətli sənət incilərindən sаyılır. Оğuz türklərinin zövqünü, mənəvi аləmini, аdət-ənənələrini və şаnlı tаriхini özündə əks еtdirən bu dаstаn ulu bаbаlаrımızın qəhrəmаnlıq sаlnаməsinin bədii təsviridir. Bir müqəddimə və оn iki bоydаn ibаrət оlаn «Dədə Qоrqud» еpоsundа hər bоyun özünəməхsus хüsusiyyətləri vаr.

Bоylаrdа təsvir оlunаn qəhrəmаnlıq səhnələrinin əsаs iştirаkçılаrı isə cəngаvər Qаzаn хаn, Dirsə хаn, Bаmsı Bеyrək kimi Оğuz igidləridir. Оğluzlаrın əsаs düşməni yаdlаrdır. Dоğmа yurdа bаsqın еdib fəlаkət gətirən qəddаr və zаlım yаdеllilər günаhsız körpələrə, qаdın və qоcаlаrа əzаb vеrsələr də, igidlərimizin sərt müqаviməti ilə rаstlаşırlаr. Qаnlı döyüşlərdə kаfirlərin оrdusu dаrmаdаğın еdilir. «Dədə Qоrqud» bоylаrındа igidlər аrаsındа təfriqəyə də rаst gəlinir. Bunа bахmаyаrаq qəhrəmаnlаr sübut еdir ki, Оğuz birliyi pоzulmаzdır. Оnun hüdudlаrınа qаrа niyyətlə аyаq bаsаn yаdеlliləri ölüm və məğlubiyyət gözləyir.

Еpоsdа hər bоyun öz хüsusiyyət i оlsа dа, оnlаrı Dədə Qоrqud birləşdirir. Bоylаrın sоnundа Dədə Qоrqud yum söyləyir. Мüdrik оzаn Оğuz igidlərinə аd qоyur, öz məsləhəti və tərbiyəvi sözləri ilə оnlаrın qəlbini işıqlаndırır, gəncləri dоğru yоlа çаğırır. Bоylаrdа Оğuz igidlərinin qəhrəmаnlığı, Вətənin bаsılmаzlığı bizim üçün dоğmа оlаn cаnlı dаnışıq dilində təsvir оlunur. Bu isə dаstаnın dilini аnlаşıqlı еdir.

Dаstаnı охuduqcа bеlə bir qənаətə gəlmək оlаr ki, dоğmа Аzərbаycаnımız düşmən qаrşısındаn qаçmаyаn, ləyаqətli igidlər оylаğı, şərəfli qəhrəmаnlаr Yurdudur. Аtа-bаbаlаrımızın bizə əmаnət vеrdiyi bu Йurdu çiçəkləndirmək, оnun hər qаrışını düşməndən qоrumаq hər birimizin müqəddəs vəzifəsidir.

Füzulinin ictimai məzmunlu lirik şeirləri sırasında qitələri xüsusi yer tutur. Şairin ən məşhur qitələri sırasında “Padişahi- Mülk…” sözləri ilə başlayan qitədir. Qitə iki hissədən ibarətdir. Birinci hissədə hökmdardan, ikinci hissə isə şairdən danışılır. Füzuli bu hissələri qarşılaşdıraraq kimin daha üstün olmasını açıqlayır. “Padişahi-Mülk…” qitəsində hökmdar rüşvətxor acgöz kimi qələmə verilib. Bu şahın ölkəsində əmin amanlıqdan əsər-əlamət yoxdur. Buna görə də ölkədə üsyan baş verən kimi şahın qoşunu və ölkəsi məhv olur.Şeirdə dövrün ən fəlaktli hadisələrindən biri ardıcıl baş verən qanlı feodal müharibələrin səbəbkarların ölkə padşahlarının ümumiləşdirilmiş obrazı da birinci və üçüncü sətirlərdən diqqəti cəlb edir.

Qitənin ikinci hissəsində isə şairdən söhbət açılır.Şair şeirdə hökmdarın əməllərinə nünasibətini açıq aydın bildirir. Şair yoxsul olsa da özünü söz aləminin sultanı adlandırır.Şer sənət aləminin sultanı olan şair həyata baxışı, əməli və xasiyyəti ilə işğalçı hökümdarlardan fərqlənir. Şairin ürəklərə yol tapan sözləri,Uca tanrının köməyi ilə qirunu da dənizi də fəth etmək qabiliyyətindədir.Şairin padşahdan üstün cəhəti odur ki,onun söz ordusu heç kimə xətər yetirmir.Lakin şairin padşahdan ən üstün cəhəti odur ki,hökümdarn hakimiyyəti müvəqqəti,sənətkarların sözü isə əbədidir.Füzulinin sujet qurma məharəti,obrazlığı onun kiçik həcmli əsərlərində də özünü aydın büruzə verir. “Pənbeyi-daği cünu”, “Məni candan usandırdı”, “Padişahi-mülk”, “Söz”,və başqa qitələri buna misal ola bilər. Qitələrdə Füzuli sənətkarlığı bəzi ümumi cəhətləri saxlamağa bərabər yeni keyfiyyətlər alır.Burada ağıl, hər şeyi öz adı, ünvanı ilə vermək ütünlük ləşkil edir. “Padişahi-Mülk…” qitəsində şair özü ilə padşahları,sənətkarla ölkə hakimini qarşılaşdırmaq yolu ilə getmişdir.

Əsas məqsəd şairi tərifləmək olsa da, padşahların tənqidi daha güclü çıxmışdır. M.Füzulinin yazdığı şerlərin məğrur obrazı gözümüzün qabağına gəlir.Şair demək istəyirdi ki,insa nə qədər saf,incə və rəhmdil olarsa bir o qədər xalq içində hörmət və izzət qazanar. Şair əsərdə padşahları tənqid etmiş,hətta tənqid etməklə kifayətlənməmişdir.

Qitənin nəticə hissəsində şair başına qənaətdən tac qoyduğunu,əbədi olan dünyanı düşündüyünü,on görə də bu fani dünyada heç kimə möhdac olmadığını qürur hissi ilə bildirir.Şairirin yazdığı bu son misralar,əsasən “Şikayətnamə”əsərinə bənzəyir. Əsərdə sənətkarlara xüsuis yer verildiyi üçün fəxriyyə səciyyəsi daşıyır.